FTX “Krokus” terror aktının təşkilatçısının xaricdə olduğunu açıqladı

15:33 - 7 May 2024

FTX “Krokus” terror aktının təşkilatçısının xaricdə olduğunu açıqladı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Moskva yaxınlığındakı "Krokus Sitİ Hall" konsert zalında törədilən terror aktının təşkilatçısının xaricdə olduğunu bildirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, onun sözlərini “İnterfaks” sitat gətirib.

“Biz praktiki olaraq onun kim olduğunu təxmin edə bilərik. Xaricdə oturan əsas təşkilatçı var”, - deyə, o, agentliyə terror aktını sifariş edənləri müəyyən etməyin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Bortnikov qeyd edib ki, təhqiqat çərçivəsində “bir yolla ona çatmaq” üçün lazımi prosedurlar həyata keçirilir. Bununla bağlı o, daha konkret danışmaqdan imtina edib, çünki daha ətraflı əməliyyat işləri aparmaq lazımdır ki, nəticə əldə edilsin.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin