“Ömrün Naxçıvan aşırımları: Müqavilə” sənədli filmi nümayiş olunacaq – VİDEO

16:50 - 7 May 2024

“Ömrün Naxçıvan aşırımları: Müqavilə” sənədli filmi nümayiş olunacaq – VİDEO

Naxçıvan televiziyası tərəfindən ümumilli liderin ötən əsrin 90-cı illərindəki fəaliyyəti ilə bağlı “Ömrün Naxçıvan aşırımları: Müqavilə” filmi hazırlanıb.
 

Manset.az xəbər verir ki, bu il Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamı ilə geniş qeyd olunur.

“Ömrün Naxçıvan aşırımları: Müqavilə” filmi Sahil Tahirlinin “100 illiyə 10 film” layihəsi çərçivəsində çəkilən 6-cı filmdir. Filmin məqsədi Naxçıvanın ötən əsrin 90-cı illərində erməni təcavüzündən qorunmasında ümummilli lider Heydər Əliyevin rolu, “Qars” müqaviləsinin siyasi əhəmiyyəti barədə məlumat vermək, Naxçıvan televiziyasının arxiv kadrları əsasında bu prosesi geniş auditoriyaya təqdim etməkdir.
Film mayın 10-da - cümə günü yayımlanacaq, xronometraj 30 dəqiqədir. Çəkilişlər Naxçıvan və Qars şəhərlərində aparılıb. 

Layihə rəhbəri və ssenari müəllifi Sahil Tahirli, məsləhətçi Anar Tahirov, prodüser Əlibala Məhərrəmzadə, quruluşçu rejissor Fərhad Zamanbəyov, redaktor İlkin Rzayev, rejissor Faiq Abbasoğlu, operatorlar İlqar Məhərrəmov, Uğur Bağırov, səs rejissoru Elçin Məmmədov, qrafika Müseyib Quliyev, musiqi tərtibatçısı Yaqut Süleymanova, işıqçı Əli Qurbanovdur.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin