5-ci dönəmi başlayan Putindən Qərbə mesaj

17:05 - 7 May 2024

5-ci dönəmi başlayan Putindən Qərbə mesaj

Rusiyada mart ayında keçirilən prezident seçkilərində 87 faizdən çox səs toplayan Vladimir Putin Kreml sarayında keçirilən mərasimdə and içib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatıan görə, prezidentlik müddəti 6 il uzadılan Putin 2030-cu ilə qədər prezident kürsüsündə qalacaq.

İlk çıxışında “birlik mesajı” verən Putin “Rusiyanın Qərbin sanksiyalarına baxmayaraq daha da güclənəcəyini” müdafiə edib.

“Qərb ölkələri ilə dialoqa açıq olduqlarını” bildirən Rusiya lideri, Qərbin öz seçimini etməli olduğunu söyləyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin