DİQQƏT! Bu məhsul kəskin bahalaşacaq

18:13 - 7 May 2024

DİQQƏT! Bu məhsul kəskin bahalaşacaq

Şokolad məhsulları istehsalçıları pərakəndə satışçılara öz məhsullarının qiymətlərini 10-20% artırmaq barədə yenidən xəbərdarlıq ediblər. 


Manset.az xəbər verir ki, bu il artıq üç dəfə sənaye şokolad tədarükçüləri kakao qiymətlərində rekord artım fonunda qiymətləri 20-50% bahalaşdırıblar.

Qida bazarındakı iki mənbənin verdiyi məlumata görə, şokolad məhsullarının tədarükçüləri pərakəndə satış şəbəkələrinə qiymətləri 10-20% artıracaqları barədə xəbərdarlıq ediblər. Kakao paxlasının qiymətində ciddi artım olduğuna görə tədarükçülər şokolad məhsullarının satış qiymətlərini tənzimləməyə çalışırlar. Bildirilir ki, bu, zəruri tədbirdir, çünki şokolad fabrikləri görünməmiş xərc artımı ilə üzləşirlər.

Qeyd edək ki, aprel ayında birjada kakaonun qiyməti 1977-ci ilin rekordunu iki dəfə artırıb. Qiymət bir ton üçün 11 min dolları ötüb.

Keçən həftə bu məhsulun ixracının 19% artdığını bildirən Nigeriyadan gələn müsbət xəbərlər fonunda kakao paxlaları kəskin şəkildə ucuzlaşmağa başladı. Nəticədə kakao fyuçersləri hər ton üçün 7,7 min dollardan aşağı düşüb.

Jalə

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin