Ançelottinin sözlərini təsdiqlədi - Cənab qorxur

22:27 - 7 May 2024

Ançelottinin sözlərini təsdiqlədi - Cənab qorxur

“Real”ın sağ cinah müdafiəçisi Daniel Karvaxal “Los Blancos”un baş məşqçisi Karlo Ançelottinin ” Bavariya” ilə Çempionlar Liqasının yarımfinal cavab oyunu ərəfəsində “bir az qorxu” yaşadığını deməsinə münasibət bildirib.

 

Manset.az  xəbər verir ki, Karvaxal məşqçisinin dediklərini təsdiqləyib.

“Cənab getdikcə daha çox qorxur! Düzdü, bu normaldır, çünki bizi finaldan bir matç ayırır və güclü rəqiblə qarşılaşırıq. Bu axşam komanda yoldaşlarımla şam yeməyindən sonra digər yarımfinalı izləməyi səbirsizliklə gözləyirəm.

Hər şey bitəndə xatırlamaq istədiyim gözəl anları yaşayıram. Mən qorxu haqqında düşünmürəm, sadəcə olaraq futbol matçına fokuslanıram və əsəblərimə enerji sərf etmirəm”, – AS- Karvaxaldan sitat gətirib.

Xatırladaq ki, “Real Madrid” – “Bavariya” matçı Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da stat götürəcək.

Komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin