İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO

20:26 - 9 May 2024

İrəvanda Paşinyana qarşı mitinq başladı - VİDEO

"Vətən naminə Tavuş" hərəkatının iştirakçılarının Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi başlayıb.

 

Manset.az  xəbər verir ki, mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilir.

O, İrəvanda keçirilən milli mitinqdə çıxışına Ermənistan himni ilə başlayıb və meydana toplaşan etirazçılar onunla birgə mahnı oxuyublar.

***17:04

Bu saatlarda İrəvanın mərkəzindəki Respublika meydanında keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi yürüş iştirakçılarının hakimiyyət əleyhinə mitinqi keçirilir.

 

Manset.az xəbər verir ki, mitinqi bəzi erməni internet mediası canlı yayımlayır.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər.

İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib. Hökumət binasının qarşısında polis bir neçə cərgədən ibarət kordonda düzülüb.


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin