Bakıda Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilir

13:08 - 15 May 2024

Bakıda Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilir

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belarusun xarici işlər naziri Sergey Aleynik arasında görüş keçirilir.

 

Manset.az xəbər verir ki, nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində (XİN) belaruslu həmkarı ilə görüşüb.

Hazırda nazirlərin görüşü təkbətək formatda keçirilir.

Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsini, eləcə də aktual regional məsələləri müzakirə edirlər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin