Küveytdə yeni hökumət and içib

17:01 - 15 May 2024

Küveytdə yeni hökumət and içib

Küveytin baş nazir Əhməd Abdulla əl-Əhməd əl-Sabah və 13 nazirdən ibarət yeni hökumət Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə and içib.

 

Manset.az bu barədə Küveytin rəsmi agentliyi KUNA-ya istinadən xəbər verir.

Küveyt əmiri Sabah andiçmə mərasimindəki çıxışında "ədalət, şəffaflıq və dürüstlük prinsiplərini gücləndirmək üçün" əvvəllər razılaşdırılmış islahatları davam etdirəcəklərini bildirib.

Vəzifələrinə etinasız yanaşanları məsuliyyətə cəlb edəcəklərini qeyd edən Sabah hökumətdən strateji inkişaf layihələrinin icrasının sürətləndirilməsini, fəaliyyət planı və təqvim əsasında prioritetlərin müəyyənləşdirilməsini, qardaş ölkələrlə diplomatik əlaqələrin gücləndirilməsini və onlarla əməkdaşlıq çərçivələrinin inkişaf etdirilməsini istəyib.

Baş nazir Əhməd Abdullah əl-Əhməd əs-Sabah da çıxışında deyib: “Biz Uca Allaha və Zati-alinizə (Küveyt Əmiri Sabah) söz veririk ki, qiymətli vətənimizin və dövlətimizin mənafeyinə uyğun olan hər şeyə nail olmaq üçün əlimizdən gələni edəcəyik. dəyərli insanlar." deyib.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin