Bu adaya qadınların girməsi QADAĞANDIR

14:53 - 21 May 2024

Bu adaya qadınların girməsi QADAĞANDIR

Yunanıstanın şimal-şərqində yerləşən Aynoroz adası qəribə qadağası ilə diqqət çəkir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qadınların bu adaya girməsi qadağandır.

Ada pravoslav xristianlığın mühüm mərkəzlərindən biri kimi tanınır və burada yaşayan təxminən 2000 nəfər rahibin, hamısı kişidir.

Aynoroz, monastır həyatının və mənəvi təfəkkürün mərkəzi olaraq, qadınların varlığının bu mənəvi mühiti poza biləcəyinə inanaraq bu qaydanı qoruyur.

Rus pravoslav rahiblərinin təxminən min ildir yaşadığı Yunanıstanın Aynorozdaki Athos dağında 1045-ci ildən qadınların girməsi qadağan edilib.

Rəsmi adı Aynoroz Muxtar Monastır Dövləti olan bu yer Yunanıstan ərazisində 390 kvadrat kilometr ərazidə yerləşir. Bölgəyə quru yolu ilə deyil, dəniz yolu ilə çata bilərsiniz.

Bu bölgənin əsas gəlir mənbəyi zeytun və üzümdür. Region 20 monastırı təmsil edən 20 nəfərdən ibarət şura tərəfindən idarə olunur.

Əraziyə hər gün cəmi 100 nəfər daxil ola bilir. Səyahət etmək istəyirsinizsə, Salonikidən görüş və pin kodu, sonra limandakı ofisdən giriş icazəsi almalısınız.

Əgər Yunanıstan vətəndaşı deyilsinizsə, öz konsulluğunuzdan tövsiyə və Yunanıstan Xarici İşlər ofislərindən icazə almalısınız.

Qadınlar adaya girmək üçün icazə ala bilmirlər. Qadınlara qoyulan bu qadağa min ildən artıqdır ki, qüvvədədir. Qadınların adanın sahilinə 500 metr belə yaxınlaşmasına icazə verilmir.

Xristian ruhanilərinin monastırda etdiyi iffət andını pozmaması üçün adaya qadınların buraxılmaması ən sadə həll yolu kimi düşünülüb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin