Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək

16:45 - 30 İyul 2025

Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2025-ci il üzrə elan olunmuş qrant müsabiqələri ilə bağlı açıq infosessiya keçiriləcək. İnfosessiya 31 iyul 2025-ci il tarixində saat 16.00-da Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (ünvan: Xətai rayonu, Mehdi Mehdizadə 33, Simurq plaza, 8-ci mərtəbə) təşkil olunacaq.


Manset.az xəbər verir ki, infosessiya çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri və Müsabiqə Komissiyasının üzvləri tərəfindən iştirak şərtləri, prioritet istiqamətlər və alt mövzular, layihə təklifi ilə bağlı tələblər barədə ətraflı məlumatlar veriləcək. İnfosessiyada müsabiqə ilə maraqlanan qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edə bilər.

Qeyd edək ki, 21 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatları üçün 2025-ci il üzrə qrant müsabiqələri – “Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi” və “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” elan edilmişdir. Müsabiqələrə müraciət üçün son tarix 4 avqust 2025-ci il, saat 18:00 müəyyən edilmişdir. Sənədlərin qəbulu mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir.

Ətraflı məlumat üçün:

Tel.: 147 (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qaynar xətti)

Mob.: +994554685254 (Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az