Türkiyəli nazir qəza törətdi - FOTO

17:35 - 21 May 2024

Türkiyəli nazir qəza törətdi - FOTO

Türkiyənin milli təhsil naziri Yusuf Tekinin rəsmi maşını qəza törədib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, TEM şosesinin Bolu keçidində ciplə toqquşub.

Qəzada avtomobil şlaqbaumlara, cip isə yolun sağ zolağına atılıb. Qəza zamanı xəsarət alan olmasa da, hadisə ilə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib.

Hadisədən sonra polis əməkdaşları qəza yerinə gəlib.

Qəzaya düşən nəqliyyat vasitələrinə görə sağ və sol zolaqların bağlandığı yolda nəqliyyatın hərəkəti orta zolaqdan təmin edilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Jalə

Manşet.az

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin