8 aylıq körpə oyun meydançasından yıxılaraq öldü - Azərbaycanda DƏHŞƏT

08:59 - 22 May 2024

8 aylıq körpə oyun meydançasından yıxılaraq öldü - Azərbaycanda DƏHŞƏT

Astarada 8 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

 

Manset.az xəbər verir ki, gecə saatlarında Astara rayonun Pensər kənd sakini, 2023-cü il təvəllüdlü İ.H Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Nənəsinin sözlərinə görə 8 aylıq körpə evdə uşaq oyun meydançasından (manej) yıxılıb və xəsarət alıb.

Qohumları körpəni dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan bildirilib ki, 8 aylıq körpənin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır. //APA


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin