Bu ölkə Fələstin dövlətini tanıyacaq

11:38 - 22 May 2024

Bu ölkə Fələstin dövlətini tanıyacaq

Norveç hökuməti Fələstini beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq tanıyacağını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Norveçin baş naziri Jonas Gahr Store prosesin mayın 28-dək tamamlanacağını açıqlayıb.

Məsələ ilə bağlı açıqlama verən Baş nazir, Norveçin iki dövlətli həllin İsrailin maraqlarına uyğun olduğuna inandığını söyləyib.

Store Norveçin atdığı addımın sürətlə qüvvəyə minəcəyini və Oslonun mayın 28-dək Fələstin dövlətini tanıyacağını bildirib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin