Rusiyadan Fransaya təhdid: “Nəticə təkcə siyasi olmayacaq”

13:51 - 22 May 2024

Rusiyadan Fransaya təhdid: “Nəticə təkcə siyasi olmayacaq”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Fransanın Ukraynaya qoşun yeridəcəyi təqdirdə Rusiyanın reaksiyasının təkcə siyasi xarakter daşımayacağını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Nazirliyin Avropa departamentinin rəhbəri Artyom Studnikov açıqlama verib.

Rusiya Fransanın belə bir addım atacağı təqdirdə görüləcək tədbirləri dəqiqləşdirməklə birlikdə, Parisə ciddi xəbərdarlıq edib.

Studnikov Fransa qüvvələrinin Ukraynaya göndərilməsinin nüvə silahına malik iki ölkə arasında münaqişə riskini artıracağını vurğulayıb.

Bu xəbərdarlıq Fransa Müdafiə Nazirliyinin Ukraynaya 2 minlik əsgər göndərməyə hazırlaşdığı iddialarından sonra edilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin