Azərbaycanda problemli kreditlərin məbləği 22 % azalıb

18:48 - 22 May 2024

Azərbaycanda problemli kreditlərin məbləği 22 % azalıb

Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 462,2 milyon manat təşkil edib.

 

Manset.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,8 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 5,6 % artıb, son 1 ildə isə 21,9 % azalıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət martın sonuna 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il aprelin sonuna isə 2,8 % olub.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin