BŞİH əhaliyə müraciət etdi

10:19 - 23 May 2024

BŞİH əhaliyə müraciət etdi

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə şənbə günü, may ayının 25-də paytaxtda genişmiqyaslı daxili  ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.

 

Manset.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin  sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır. 

Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə  öz töhfəmizi vermiş olacağıq. 


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin