Kıvanç Tatlıtuğ 12 milyonluq təklifi rədd etdi

15:36 - 23 May 2024

Kıvanç Tatlıtuğ 12 milyonluq təklifi rədd etdi

Kıvanç Tatlıtuğ Küveytdə açılan mağazaya qatılmaq üçün 12 milyon TL-lik təklifi karyerasına uyğun gəlmədiyini əsas gətirərək qəbul etməyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur aktyor bundan əvvəl də Qətər, Səudiyyə Ərəbistanı və Dubaydan iş təklifləri almış və onları rədd etmişdi.

Qeyd edək ki, türk serialları Körfəz ölkələri, Balkanlar və Latın Amerikası ölkələrində maraqla izlənilir. Televiziya seriallarında rol alan türk aktyorlar bütün dünyada şöhrətlərini artırıblar. Diqqət mərkəzində olan aktyorlar Burak Özçivit, Engin Altan Düzyatan və Kıvanç Tatlıtuğ Yaxın Şərqdəki layihələrə dəvət almağa başlayıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin