"TikTok"da qadınların fotolarını paylaşan şəxs TUTULDU

19:49 - 30 May 2024

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "Tik-Tok" sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.



Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin