Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”

17:37 - 31 May 2024

Şəhid ailələri və qazilər “Bakı Metropoliteni”ndən şikayət etdi: “İşıqlarımızı qanunsuz olaraq kəsiblər…”

"Bakı Metropoliteni”nin “20 Yanvar” stansiyasının keçidində çalışan əsasən şəhid ailələri, Qarabağ müharibəsi veteranları və qazi ailələrindən ibarət olan sahibkarlar metropoliten rəhbərliyindən narazılıq edirlər. 

 

Manset.az-ın məlumatına görə, bu barədə Demokrat.az-ın redaksiyasına şikayət daxil olub. 

Sahibkarlar bildirirlər ki, “Bakı Metropoliteni” QSC tərəfindən işıqları qanunsuz şəkildə kəsilib. 

Məsələni aydınlaşdırmaq üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin  (QSC) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. 

O, Demokrat.az-a açıqlamasında bildirdi ki, metronun “20 Yanvar” stansiyasının keçidində bəzi obyektlərdə elektrik enerjisinin dayandırılması texniki nasazlıqlara görə baş verib:

“Məsələ göründüyü kimi deyil. Həmin sahibkarlara qarşı heç bir qərəz yoxdur. Problem sadəcə olaraq texniki təhlükəsizlik məsələləri ilə bağlıdır. Bu da metro istifadəçiləri üçün risk yaratdığına görə elektrik enerjisinin verilməsində müvəqqəti fasilə yaranıb. Problem araşdırılıb aradan qaldırılacaq. Nəticə barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”. 
 


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin