Şəhriyar Məmmədyarov dünya reytinqində irəliləyib

17:00 - 1 İyun 2024

Şəhriyar Məmmədyarov dünya reytinqində irəliləyib

Şahmatçımız Şəhriyar Məmmədyarov (2734) dünya reytinqində 2 pillə irəliləyib.

 

Manset.az xəbər verir ki, o, yenilənən FIDE reytinqinin 16-cı pilləsində qərarlaşıb.

Digər təmsilçilərimizdən Teymur Rəcəbov (2704) 30-cu, Rauf Məmmədov isə (2651) 82-ci pillədədir.

Qadın şahmatçıların siyahısında milli üzvlərindən Günay Məmmədzadə (2444) 29-cu, Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü, Gülnar Məmmədova (2348) 99-cu yerdə qərarlaşıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin