“Real” “Borussiya”nı məğlub edərək UEFA Çempionlar Liqasının kubokunu 15-ci dəfə başı üzərinə qaldırıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İspaniya təmsilçisinin heyətində yer alan Türkiyə millisinin üzvü Arda Gülər isə tarixə düşüb.
Belə ki, o, UEFA Çempionlar Liqasını qazanan ilk türkiyəli oyunçu olub. “Ay-ulduzlular”ın üzvü 19 yaşında bu nailiyyətə imza atıb.