Komandir hərbçilərdən rüşvət almağa görə həbs edildi

14:20 - 03 İyun 2024

Komandir hərbçilərdən rüşvət almağa görə həbs edildi

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az