Dünyanın ən böyük seçkiləri başa çatdı

17:12 - 3 İyun 2024

Dünyanın ən böyük seçkiləri başa çatdı

Hindistanda ümumi seçkilərin 7-ci və son mərhələsində parlamentin aşağı palatası olan Xalq Assambleyasının (Lok Sabha) üzvlərini müəyyən etmək üçün qurulan sandıqlar bağlanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkə tarixinin ən mühüm seçkilərindən sayılan 6 həftəlik ümumi seçki nəticələrinin iyunun 4-də açıqlanması gözlənilir.

Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyasının (BJP) rəhbərliyi altında yaradılmış "Milli Demokratik Alyans (NDA)" müxalifətə qarşı yarışda böyük ölçüdə irəlidədir.

Sorğulara görə, BJP və onun müttəfiqlərinin Xalq Assambleyasında 543 yerdən 350-ni qazanacağı və hökuməti quracağı gözlənilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin