ABŞ-da nəcis sərgisi keçirildi - 8 min nümunə nümayiş olundu

16:31 - 3 İyun 2024

ABŞ-da nəcis sərgisi keçirildi - 8 min nümunə nümayiş olundu

Ginnesin Rekordlar Kitabında ən böyük qalıqlaşmış nəcis kolleksiyasına sahib olan amerikalı Corc Frandsen indiyə qədər topladığı 8 min nümunəni sərgiləmək üçün muzey açıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 45 yaşlı Frandsenin Arizonada "Nəcis muzeyi" adlandırdığı evində paleontologiyada koprolit adlandırılan minlərlə fosilləşmiş nəcisləri ziyarətçilərin üzünə açdığı bildirilib.

Muzeyi ilk dəfə 2014-cü ildə virtual mühitdə istifadəyə verən Frandsen uşaqlıqdan fosillərlə maraqlandığını ifadə edərək, maraq duyğusu sayəsində fosillər haqqında çoxlu məlumat əldə edib.

Muzeyin adını və muzeydə sərgilənən əşyaları ilk dəfə eşidənlərin üzündə təbəssüm yarandığını bildirən Frandsen,  2015-ci ildən ən böyük fosilləşmiş nəcis kolleksiyaya sahib şəxs olaraq Ginnesin Rekordlar Kitabına düşdüyünü bildirib.

Frandsenin kolleksiyasına daşlaşmış dinozavr nəcisi də daxil olmaqla 8 min parça daxildir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin