"Miss Bolqarıstan" titulu əlindən alındı

18:55 - 04 İyun 2024

\"Miss Bolqarıstan\" titulu əlindən alındı

Ukrayna əsilli model Elizabet Kravets 2023-cü ildə, 17 yaşında olarkən aldığı "Miss Bolqarıstan" titulundan məhrum edilib.

 

Manset.az Axşam.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçıları sosial mediada məlumat yayıb.

Bildirilib ki, o, müsabiqənin dəyərlərinə zidd olan fəaliyyətdə iştirak edib. Bununla da model milli gözəllik müsabiqəsinin nüfuzuna, imicinə və nüfuzuna xələl gətirib. Söhbətin onun hansı əməlindən getdiyi isə açıqlanmayıb.

Təşkilatçılar əlavə edib ki, Elizabet gözəllik müsabiqəsinin qalibi kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Belə ki, o, digər titullu iştirakçılar kimi il boyu reklam və xeyriyyə tədbirlərində iştirak etməli idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az