Bayden qapıları bağladı

11:26 - 5 İyun 2024

Bayden qapıları bağladı

ABŞ prezidenti Co Bayden ABŞ-Meksika sərhədinin qeyri-qanuni immiqrantlar üçün müvəqqəti bağlanması haqqında sərəncam imzalayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amerika Vətəndaş Azadlıqları Birliyi qərarı məhkəməyə verməyə hazırlaşır.

Bu qərar Respublikaçılar və Demokratlar arasındakı müzakirələrdən sərhəd təhlükəsizliyi ilə bağlı indiyə qədər atılan ən diqqət çəkən addım olub.

Beləki, Bayden qeyri-qanuni mühacirlərin gündəlik sayının 2500-ü keçməsi səbəbindən ölkəsi ilə Meksika arasındakı sərhədi bağlayıb.

Baydenin fərmanı, qeyri-qanuni sərhəd keçidlərinin dərhal dayandırılmasını və sərhədçilərin qeyri-qanuni mühacirləri deportasiya etməsini nəzərdə tutur.

Mövzu ilə bağlı telekonfrans vasitəsilə mətbuata brifinq verən Ağ Ev rəsmisi, sözügedən qərarın müvəqqəti olduğunu və qeyri-qanuni mühacirlərin gündəlik sayı 1500-dən aşağı düşənə qədər həyata keçiriləcəyini bildirib.

Ağ Ev rəsmisi qeyd edib ki, qərar ABŞ-ın yerli vaxtı ilə gecə yarısı həyata keçirilməyə başlayacaq.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin