Hadisədən diqqətçəkən sözlər: “Kişinin maddi gücü önəmlidir”

13:31 - 5 İyun 2024

Hadisədən diqqətçəkən sözlər: “Kişinin maddi gücü önəmlidir”

Mahnıları ilə yanaşı şəxsi həyatı ilə də hər zaman gündəmdə olan türkiyəli müğənni Hadisə dəvət olundu Kaan Ölkerin proqramında özəl həyatından danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hadisə verilişdə həyatına girəcək kişinin maddi gücünün önəmlid olduğunu bildirib.

Müğənni, “Kişinin maddi gücü önəmlidir. Nəyinə güvənərək mənə yaxınlaşırsan deyə soruşaram. Bu qadını hər şeyi ilə daşıya biləcəksənsə, gəl” deyib.

Hadisə münasibətlərində bütün mövzularda dürüstlüyə önəm verdiyini və maliyyə məsələlərinin önəmli olduğunu ifadə edib:

"Münasibətlərimdə pul ödədiyim tətillər olub. Kişi dürüst olmalıdır. “Mənim indi imkanım yoxdu, yarı-yarıya edək” desə nə gözəl olar. Amma kişinin maddi vəziyyəti önəmlidir. Nəyinə güvənib mənə yaxınlaşırsan deyə soruşaram. “Özünə güvənən gəlsin” deyə bir paylşım da etmişdim. Bu qadının hər şeyiylə daşıya biləcəksənsə, gəl”.  

Qeyd edək ki, iş adamı Mehmet Dinçerler ilə evliliyi 4,5 ay davam edən Hadisə həyatı boyu bir adamla xoşbəxtlik olmayacağını deyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin