Azərbaycana 5 milyard dollara yaxın investisiya yatırılacaq

16:57 - 5 İyun 2024

Azərbaycana 5 milyard dollara yaxın investisiya yatırılacaq

“Acwa Power” Azərbaycana 5 milyard dollara yaxın investisiya yatıracaq.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Acwa Power” şirkətinin EVP - regional direktoru Abid Malik Bakı Enerji Forumunda “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, investisiya əsasən bərpaolunan enerji sahəsinə yatırılacaq: “Acwa Power” olaraq Azərbaycanda bir müddətdir ki, fəaliyyət göstəririk. Bərpaolunan enerji ilə bağlı burada perspektiv çoxdur. Belə ki, siyasi baxımdan stabil region olmaqla yanaşı, tranzit yollar və dəhliz üstünlüklərini nəzərə alsaq Azərbaycan çox əlverişlidir və bizim üçün hədəf ölkədir. Eyni zamanda, biz SOCAR-la da əməkdaşlıq edirik. Bizim planlarımızdan biri Azərbaycan ilə əməkdaşlıq edərək yaşıl enerjini inkişaf etdirməkdir. Burada tamamlanacaq mərhələlər çoxdur”.


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin