SEPAH hərbi müşavirinin öldürülməsində onları günahlandırdı

20:18 - 5 İyun 2024

SEPAH hərbi müşavirinin öldürülməsində onları günahlandırdı

“İsrail İranın hərbi müşaviri Səid Əbyarın ölümünə cavab verməlidir”.

 

Manset.az  xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami açıqlayıb. 

O, bu həftənin əvvəlində İsrailin Hələb kənarında təşkil etdiyi hücumda öldürülən iranlı hərbi müşaviri Səid Əbyarın ölümü ilə bağlı başsağlığı verib:

“Uşaq öldürən sionist cinayətkarlar bilməlidirlər ki, tökülən qanların əvəzini onlar verəcəklər”. 

Səid Əbyarın dəfn mərasimi çərşənbə axşamı Tehranda keçirilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin