Gürcüstan 40-dan çox əcnəbini ölkədən çıxarıb: Onların arasında azərbaycanlılar da var

22:50 - 5 İyun 2024

Gürcüstan 40-dan çox əcnəbini ölkədən çıxarıb: Onların arasında azərbaycanlılar da var

Aprel və may aylarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) miqrasiya qanunlarını pozduqları üçün Azərbaycan vətəndaşları da daxil olmaqla 42 vətəndaşı ölkədən çıxarıb.

 

Manset.az  lent.az-a istinadən xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilir.

Məlumata görə, Gürcüstan DİN-in Miqrasiya Departamenti son iki ayda 42 vətəndaşı saxlayıb, onların bəzisi ölkəni könüllü, bəzisi isə məcburi şəkildə tərk edib. Ölkədən çıxarılanlar arasında İraq, İran, Əlcəzair, Pakistan, Ermənistan, Rusiya, İordaniya, Misir və digər ölkələrin vətəndaşları var. Həmçinin qeyd olunur ki, Gürcüstana qanuni əsaslar olmadan gələn və müxtəlif ictimaiyyət əleyhinə fəaliyyətlərə cəlb edilmiş səkkiz azyaşlı Azərbaycan vətəndaşı ölkədən çıxarılıb.

Saxlanılan və ölkədən çıxarılanlar arasında aprel və may aylarında Gürcüstanda "Xarici agentlər haqqında" Qanuna qarşı keçirilən etiraz aksiyalarının iştirakçılarının olub-olmadığı açıqlanmır.


Xəbər xətti

14 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin