Bu gün Bakıda neçə dərəcə isti olacaq?

08:45 - 7 İyun 2024

Bu gün Bakıda neçə dərəcə isti olacaq?

Bakıda və Abşeron yarımadasında iyunun 7-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin