Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlandı

14:44 - 7 İyun 2024

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlandı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Vüsal Muradov saxlanılıb.

 

Manset.az Oxu-az istinadən xəbər verir ki, onun idarə etdiyi nəqliyyat vasitəsinə və yaşadığı ünvana baxış zamanı külli miqdarda heroin və marixuana, eləcə də narkotik tərkibli həblər aşkarlanıb.

Araşdırmalar zamanı V.Muradovun narkotik vasitə və həbləri sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin