“Baby Reindeer”in əsl Martası Netflix-ə qarşı 170 milyonluq iddia qaldırdı

15:48 - 7 İyun 2024

“Baby Reindeer”in əsl Martası Netflix-ə qarşı 170 milyonluq iddia qaldırdı

Netflix-in çox bəyənilən “Baby Reindeer” serialında Marta obrazına ilham verdiyi deyilən Fiona Harvey bu mövzu gündəmə gələndən sonra hərəkətə keçib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, obsesif sevgili kimi görünüşündən narahat olan Harvi Netflix-i məhkəməyə verib 170 milyon dollar tələb edib.

Harvey özünün yalandan məhkum edilmiş cinayətkar kimi təqdim edildiyini iddia edib.

Serialın baş rolu və ssenaristi Riçard Qaddın eyni adlı avtobioqrafik tək adam şousundan alınan “Baby Reindeer”, 38 yaşlı Cessika Qanninqin canlandırdığı, bir neçə il Riçard Qaddı təqib edən Marta haqqındadır.

Qadd serialda Donny Dunn adlı uğursuz komediyaçı obrazını canlandırır. Donny işlədiyi barda Marta Skott adlı qadınla qarşılaşır və ona bir fincan çay təklif edir.

Lakin bu kiçik jest zamanla Donninin kabusuna çevrilir.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin