Qəzzada ölənlərin sayı 36 min 731-ə yüksəldi

16:37 - 7 İyun 2024

Qəzzada ölənlərin sayı 36 min 731-ə yüksəldi

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 36 min 731 nəfər həyatını itirib, 83 min 530 nəfər isə yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saat ərzində dinc əhaliyə qarşı 8 hücum təşkil etdiyi, 77 nəfərin həyatını itirdiyi, 221 nəfərin isə yaralandığı bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin