ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə İtaliyada “Böyük Yeddilik” (G7) sammiti çərçivəsində görüş keçirməyə razılaşıb.
Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, liderlər İsveçrədə Ukrayna üzrə qarşıdan gələn sülh sammitini müzakirə ediblər. C.Bayden ABŞ-nin Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb. Liderlər müzakirələri davam etdirmək üçün İtaliyada keçiriləcək G7 sammitində yenidən görüşmək barədə razılığa gəliblər.
G7 sammiti iyunun 13-15-də İtaliyanın cənubundakı Puqliyada keçiriləcək.
Qeyd edək ki, Bayden bu gün Konqresdə qanun layihəsinin qəbulu ilə bağlı problemlər üzündən hərbi yardımı gecikdirdiyinə görə Zelenskidən üzr istəyib.