Azərbaycana turist axını kəskin şəkildə artdı

22:29 - 7 İyun 2024

Azərbaycana turist axını kəskin şəkildə artdı

Bu ilin yanvar-may aylarında Azərbaycana 965 556 xarici vətəndaş səfər edib.

Manset.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur. Təkcə may ayında ölkəyə 239 272 nəfər gəlib. Bu da ötən ilki göstəriciyə nisbətən 26 % çoxdur.

Qeyd olunub ki, may ayında Azərbaycana ən çox turist 68,8 min nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə 37,5 min, Hindistan isə 29,7 min turist olmaqla ilk üçlükdə qərarlaşıb.

Bu dövrdə İrandan 19,4 min, Gürcüstandan 8,7 min, Qazaxıstandan 6,9 min, Səudiyyə Ərəbistandan 6,6 min, Pakistandan 5,8 min, Çindən 4,7 min, Özbəkistandan 3,9 min, İsraildən 3,3 min, Ukraynadan 3,2 min, Koreya Respublikasından 2,9 min, Türkmənistandan 2,8 min, Belarusdan isə 2,7 min turist gəlib.


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin