Lənkəranda narkokuryerlik edən əmioğlular saxlandılar

13:00 - 8 İyun 2024

Lənkəranda narkokuryerlik edən əmioğlular saxlandılar

Lənkəran sakinlərindən 20 kiloqram narkotik vasitə aşkarlanıb.

 

Manset.az-a Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri Aqil Vəliyev və onun əmisi oğlu Anar Vəlizadə sonuncunun idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıblar.

Həmin nəqliyyat vasitəsindən 20 kiloqram tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı həmin narkotik vasitəni saxlanılan şəxslərdən Aqil Vəliyevin şəxsiyyəti istintaqla araşdırılan Hafis adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin