Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
16:10 - 8 İyun 2024
3-7 iyun tarixlərində Fövqəladə Hallar Nazirliyi və Dövlət Yanğından Mühafizə Xidmətinin təşkil etdiyi yarışda yanğınsöndürənlər arasında xilasetmə əməliyyatları üzrə ən yaxşı Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölməsi olub.
Manset.az xəbər verir ki, qalib komandanın kapitanı Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, dünya çempionu Orxan Mehdiyev olub.
Xatırladaq ki, ötən il də Nəsimi rayon 1-ciliyə layiq görülmüşdü. Komandalara sonda diplom və medallar təqdim olunub.
Yaradılan şəraitə görə Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət general mayoru Asif Məmmədliyə və Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Vüqar İsmayılova təşəkkür edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin