Uels şəhzadəsi üzr istədi

23:34 - 9 İyun 2024

Uels şəhzadəsi üzr istədi

Keçən mart ayında xərçəngə qarşı profilaktik müalicə alacağını elan edən Uels şahzadəsi Keyt Middlton yeni açıqlama yayıb.

 


Manset.az Axşam.az- istinadən xəbər verir ki, sonuncu dəfə ötən ilin dekabrında Milad şənliyində bütün ailəsi ilə ictimaiyyət qarşısına çıxan Middlton bu ilin ilk ayında qarın nahiyəsindən əməliyyat olunub və o vaxtdan bəri ictimaiyyət arasında görünmür. Rəsmi açıqlamaya görə, o, bu ilin sonuna, hətta bəlkə də gələn ilin ortalarına kimi vəzifəsinə qayıtmayacaq.
Bir çox tədbirə qatıla bilməyəcəyini açıqlayan şahzadə gələn həftə keçiriləcək “Trooping The Color” adlı tədbirdə yer ala bilməyəcək. Keyt həm hərbi parad, həm də monarxın doğum günü olan bu mühüm gündə iştirak etməyəcək. Ötən gün paradın məşqi keçirilib. Normalda bu tədbiri qaçırmayan Keyt orada olmayıb.
İrlandiya Mühafizəçilər İttifaqının fəxri polkovniki titulunu daşıyan Middlton böyük məşqə qatıla bilmədiyi üçün mesaj göndərib. İngiltərənin gələcək kralı Şahzadə Uilyamın həyat yoldaşı bunun üçün mesajında ​​üzr istəyib. O, məşqə qatılan hər kəsə təşəkkür edib. 
Keytin mesajında ​"Sizin polkovnikiniz olmaq mənim üçün böyük şərəfdir. Bu il sizinlə ola bilməyəcəyim üçün çox təəssüflənirəm. Xahiş edirəm, bütün alaya üzrxahlığımı çatdırın" sözlərini deyib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin