Bu yolda hərəkət məhdudlaşdırılıb - FOTO

16:21 - 10 İyun 2024

Bu yolda hərəkət məhdudlaşdırılıb - FOTO

Bakının Atatürk prospektində təmir işlərinə start verilib.

 

Manset.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri prospektin Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan 1700 metrlik hissəsində aparılır.  

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur. 

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir. 

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir. 

 



Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin