Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak oldu

12:22 - 11 İyun 2024

Malavinin vitse-prezidenti təyyarə qəzasında həlak oldu

Ötən gün radarlardan yoxa çıxan Malavi vitse-prezidenti Saulos Çilimanın olduğu hərbi təyyarənin qalıqları tapılıb.

 

Manset.az xarici mənbələrə istinadən bildirir ki, qəza zamanı Saulos Çilima ilə yanaşı, daha 9 nəfərin həlak olub.

Malavi Prezidentinin katibi Kollin Samba xəbəri təsdiqləyib.

Məlumata görə, təyyarə radarlardan itdikdən dərhal sonra xilasetmə əməliyyatı həyata keçirilib və Malavi Prezidenti Lazarus Çakvera bütün resursların axtarışlara yönəldilməsinə göstəriş verib. Məlum olub ki, Malavi vitse-prezidenti Saulos Çilimanın olduğu təyyarə Mzuzu beynəlxalq hava limanına planlaşdırılan enişi edə bilməyib. Axtarışlardan sonra təyyarənin qalıqları Çikanqava meşəsində tapılıb.

 

Fidan Əliyeva


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin