Şavkat Mirziyoyev Adil Kərimlini qəbul etdi - Foto

17:42 - 11 İyun 2024

Şavkat Mirziyoyev Adil Kərimlini qəbul etdi - Foto

Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə səfərdə olan mədəniyyət naziri Adil Kərimlini qəbul edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, görüşün əvvəlində Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Görüşdə Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, hazırda Daşkənddə Azərbaycanın Mədəniyyəti Günləri keçirilir. Bu çərçivədə tədbirlər iyunun 14-dək davam edəcək.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin