Estoniya Ukraynaya növbəti yardım paketi göndərir

18:28 - 11 İyun 2024

Estoniya Ukraynaya növbəti yardım paketi göndərir

Estoniya Ukraynaya "Mistral" tipli hava hücumundan müdafiə raket sistemləri göndərəcək.

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukraynanın Rusiyanın davam edən qəddar təcavüzünün qarşısını almaq üçün təcili olaraq hava hücumundan müdafiə sisteminə ehtiyacı var və müttəfiqlərimizlə birlikdə bu səylərə töhfə vermək Estoniyanın birbaşa təhlükəsizlik marağındadır", - müdafiə naziri Hanno Pevkur deyib.

Təhlükəsizlik səbəbi ilə hərbi yardımın miqdarı açıqlanmır.

Xatırladaq ki, Estoniya daha əvvəl Ukraynaya "Javelin" tank əleyhinə raket sistemləri, haubitsalar, artilleriya sursatları, tank əleyhinə minalar, tank əleyhinə qumbaraatanlar, minaatanlar, nəqliyyat vasitələri, rabitə vasitələri, səhra xəstəxanaları (Almaniya, Niderland, Norveç və İslandiya ilə əməkdaşlıq edilib), tibbi ləvazimatlar, fərdi qoruyucu vasitələr və ərzaq paketləri bağışlayıb.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin