17 yaşlı qızla planlaşdırılan erkən nikahın qarşısı alındı - Rəsmi açıqlama

16:31 - 12 İyun 2024

17 yaşlı qızla planlaşdırılan erkən nikahın qarşısı alındı  - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi 17 yaşlı qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a bildirilib ki, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.

Hüquq-mühafizə əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Valideynləri isə övladlarının yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin