41 yaşlı qadının cəsədi nəhəng timsahın mədəsindən çıxdı

17:42 - 14 İyun 2024

41 yaşlı qadının cəsədi nəhəng timsahın mədəsindən çıxdı

Floridada 4 metrlik timsahın mədəsində 41 yaşlı evsiz qadının cəsədi tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, timsahın tapıldığı yerin yaxınlığındakı düşərgədə yaşayan Sabrina Pekhem timsah tərəfindən kanala sürüklənərək yeyilib.

Timsah Pekhemin cəsədi ilə şişmiş vəziyyətdə tapılıb və güllələnərək öldürülüb.

Hadisədən sonra Pekhemin ölümündən iki ay əvvəl bataqlıq əraziyə icazəsiz girdiyi və 500 dollar cərimə olunduğu üzə çıxıb. Onun timsahı təhrik etdiyi iddia edilib.

Pekhemin qızı anasının timsahı təhrik etməsi ilə bağlı iddiaları rədd edib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin