“Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı qürur səhifələrindən biridir. Dövlət müstəqilliyimizin bərpa olunmasından sonra keçən ilk iki il ərzində ölkəmizin üzləşdiyi ciddi iqtisadi problemlər getdikcə qarşısıalınmaz xaotik proseslərin başlanmasına yol açmışdı. Bu vəziyyət isə öz növbəsində, respublikada hakimiyyəti ələ keçirmiş səriştəsiz və məsuliyyətsiz qrupların dağıdıcı fəaliyyətləri ilə uzlaşaraq ölkəni siyasi böhrana gətirib çıxarmışdı. Vətəndaş müharibəsi, ölkənin bir neçə kiçik marionet dövlətlərə parçalanması və Azərbaycanın vahid suveren ölkə olaraq dünyanın siyasi xəritəsindən silinməsi xalqı gözləyən real perspektivlər idi”.
Bu sözləri mətbuata 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki,belə bir ağır məqamda Azərbaycan xalqı yeganə düzgün qərar qəbul edərək öz taleyini Heydər Əliyevə etibar etdi. “ Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqının parçalanması, Azərbaycan dövlətçiliyinin məhvi, Azərbaycan iqtisadiyyatının dağılması proseslərini dayandırmağa nail oldu. Beləliklə, 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə dönüşü və iyunun 15-də Respublikanın Ali Sovetinin Sədri vəzifəsinə seçilməsi ilə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələyə keçid dövrü başlandı.”
K.Qafarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə dövlət müstəqilliyimizi gərgin səyləri bahasına qoruyub-saxladığı kimi, sovetlər dönəmində də bu müstəqilliyin ideoloji-siyasi əsaslarını hazırlamaq üçün uzun illər boyunca məqsədyönlü fəaliyyət göstərmişdir: “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dövrdə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən işlər görülmüşdür. 1969-cu ilədək SSRİ-nin tərkibində ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya olan Azərbaycan həmin ilin iyul ayında- Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər nəticəsində sürətli inkişaf yoluna çıxdı. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində mühüm addımlar atmağa başladı. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey ən ciddi faktor rolunu oynadı. Qeyd olunmalıdır ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri oldular. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ittifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.”
K.Qafarov bu gün ölkəmizin əldə etdiyi parlaq qələbələrin əsasında məhz Heydər Əliyev ideyalarının durduğunu da qeyd edib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan hərtərəfli və sürətli inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçımızın həyata keçirdiyi daxili və xarici siyasət strategiyası Azərbaycanın getdikcə qüdrətlənməsini effektiv şəkildə təmin edir. Son 21 il ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, dünya ölkələri arasından tutduğu mövqeyinə və sahib olduğu nüfuzuna görə güclü, qüdrətli bir dövlətə çevrilib. Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində, dünyada və Avropada etibarlı tərəfdaş və nüfuzlu söz sahibi kimi tanınır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdığı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi. Keçən il isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. Ulu Öndərin hər zaman məhz belə görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan öz xilaskar oğlunu daim qəlbində yaşadacaq” .
“Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib” - Kamaləddin Qafarov
11:46 - 15 İyun 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
12 Sentyabr 2026 - 12:23
İkinci əl telefon alarkən bu səhvi etməyin - XƏBƏRDARLIQ
12 Sentyabr 2026 - 13:14
Qohumların yanında arvadını boğdu - Öldüyünü düşünüb polisə təslim oldu
12 Sentyabr 2026 - 11:42
Həmyerlimiz PUA hücumunda həlak oldu - FOTO
12 Sentyabr 2026 - 12:59
"Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzaladı
12 Sentyabr 2026 - 12:34
Sabahın hava proqnozu AÇIQLANDI
12 Sentyabr 2026 - 17:32
Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var - FOTO
12 Sentyabr 2026 - 13:55
Ombudsman Səbinə Əliyeva: “Mən də bütün azərbaycanlılar kimi millimizin azarkeşiyəm” - MÜSAHİBƏ
12 Sentyabr 2026 - 12:13
"Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev
12 Sentyabr 2026 - 13:32
Mağazadan 20 min oğurluq edən şəxs saxlanıldı - VİDEO
12 Sentyabr 2026 - 14:14
Ötən gün 9 odlu silah aşkarlandı
12 Sentyabr 2026 - 11:55
Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanıldı - Azərbaycanlı da var
12 Sentyabr 2026 - 14:46
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - VİDEO
Xəbər xətti
- 13 Sentyabr 2026
- 11:11 Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
- 10:54 Messi MLS-də bombardirliyə yüksəldi
- 10:47 Gəncənin tarixi stadionu baxımsız vəziyyətdə – Tanınmış şəxsdən ÇAĞIRIŞ
- 10:42 "Dedilər, rolik 240 kiloya davamlıdır, onların ikisinin çəkisi elə 240 olardı” - Coşqunun dayısı
- 10:32 Putin və Zelenski görüşəcək? - Peskovdan cavab!
- 10:12 “Qarabağ” “Zirə”yə qarşı
- 10:00 241 nəfərin olduğu gəmi yoxa çıxdı
- 09:33 İranın mülki gəmisinə zərbə endirildi - Ölən və yaralılar var
- 09:15 İsmayıllıda avtomobil qəzası - Ölən var
- 09:00 Bu prospektdə təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
- 08:50 Türkiyədə ağır yol qəzası - Onlarla insan xəsarət aldı
- 08:30 Bacı-qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti
- 08:00 Nar şirəsinin orqanizmə inanılmaz faydaları
- 01:30 Gecə yatarkən bunu etməyin - Ürəyə ziyandır
- 00:30 Üzdəki bu ləkəyə diqqət edin
- 12 Sentyabr 2026
- 23:36 Şəmkirdə TIR minik maşını ilə toqquşaraq aşdı
- 23:18 Gürcüstanın keçmiş müdafiə naziri həbs edildi
- 23:00 “Bakı Metropoliteni”ndə yeni TƏYİNAT - FOTO
- 22:47 Sumqayıtda evdən meyit tapıldı
- 22:29 "İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərdi" - Tasnim
- 22:16 "Sumqayıt" "Şamaxı" ilə heç-heçə etdi
- 21:59 İran və Oman Hörmüzdə yekun razılaşma əldə etdi
- 21:45 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanıldı
- 21:29 17 yaşlı gənci “KamAz” vurdu
- 21:16 Bakıda kişi səs-küyə yuxudan oyanıb qardaşını döydü
- 20:52 Yəmənin ordusu husilərə zərbələr endirdi
- 20:33 "Kəpəz" "Qəbələ"yə qalib gəldi
- 20:17 İran və regional dövlətlər Hörmüzü müzakirə edəcəklər
- 19:53 Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - VİDEO
- 19:32 140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə - Bakıda bir araya gəldi
- 19:15 Qubada 2 avtomobil toqquşdu - Yaralılar var
- 18:51 "Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev
- 18:34 Bu gün Bakının 550 küçəsi yuyuldu - FOTOLAR
- 18:16 Ötən gün axtarışda olan 114 nəfər saxlanıldı
- 17:49 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başladı - FOTOLAR
- 17:32 Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var - FOTO
- 17:14 “İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə
- 16:51 Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi
- 16:33 Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak etdi - FOTOLAR
- 16:16 Diplomatlar “İstisu” mineral su zavoduna baş çəkdilər - FOTOLAR
- 15:52 Ağdamda qadın həşərat dərmanından zəhərləndi
- 15:31 Qatarın relsdən çıxdı - 44 nəfər yaralandı
- 15:12 Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində - FOTOLAR
- 14:46 Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - VİDEO
- 14:27 Birinci sinfə qəbul yenidən aktivləşir
- 14:14 Ötən gün 9 odlu silah aşkarlandı
- 13:55 Ombudsman Səbinə Əliyeva: “Mən də bütün azərbaycanlılar kimi millimizin azarkeşiyəm” - MÜSAHİBƏ
- 13:32 Mağazadan 20 min oğurluq edən şəxs saxlanıldı - VİDEO
- 13:14 Qohumların yanında arvadını boğdu - Öldüyünü düşünüb polisə təslim oldu
- 12:59 "Arsenal" 17 yaşlı gürcüstanlı futbolçu Andriya Bartişvili ilə müqavilə imzaladı
- 12:46 Mağazadan 18 min manatdan çox pul oğurlanıdı