Həcc ziyarətində 6 zəvvar istidən öldü

18:04 - 16 İyun 2024

Həcc ziyarətində 6 zəvvar istidən öldü

Məkkədə Həcc ziyarəti zamanı 6 zəvvar istidən ölüb.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölənlərin hamısı İordaniya vətəndaşıdır, hazırda nazirlik onların nəşlərinin vətənlərinə qaytarılması üçün Səudiyyə Ərəbistanının səlahiyyətli orqanları ilə danışıqlar aparır.

Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edəcək.

Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin