Dünya şöhrətli rejissora Fələstin etirazı

09:40 - 17 İyun 2024

Dünya şöhrətli rejissora Fələstin etirazı

Daha əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus bazaya baş çəkən və əsgərlərə dəstək verən dünya şöhrətli rejissor və ssenarist Kventin Tarantino axşam yeməyi yediyi bir məkanda fələstinli tərəfdarlar tərəfindən etiraz edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mühafizəçilər tərəfindən rejissor çətinliklə maşınına mindirərək ərazidən uzaqlaşdırılıb.

Tərəfdarlar rejissora şifahi və fiziki etiraz ediblər. Vətəndaşlar Tarantino avtomobilini təpiklə, yumruqla vurublar.

Qeyd edək ki, Kventin Tarantino bir müddət İsraildə yaşayıb və İsrail əsgərlərinin yerləşdiyi bazaya getdiyi üçün tənqid atəşinə tutulub.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin