Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azaldı

11:12 - 17 İyun 2024

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azaldı

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 331,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,1%-lik azalma müşahidə olunub.

Məlumata görə, hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 235,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 11,7% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 065 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2022-ci ilin göstəricisi ilə müqayisədə 0,6%-lik artım müşahidə olunub.

2023-cü ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 585,6 mln. manat təşkil edib, bu da illik müqayisədə 15,5% artım deməkdir


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin