Xırdalanda mənzildən çürümüş meyit tapıldı

17:08 - 17 İyun 2024

Xırdalanda mənzildən çürümüş meyit tapıldı

Abşeron rayonu Xırdalan şəhərində mənzildən meyit tapılıb.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, hadisə iyunun 16-sı saat 16 radələrində Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 2 ünvanındakı binada baş verib.

Binanın 4 saylı mənzilində üzərində zorakılıq əlamətləri görünməyən çürüməyə məruz qalmış 70-80 yaşlı kişi meyiti tapılıb.

Qonşular həmin evdən bir müddətdir kəskin qoxunun gəldiyini bildiriblər.

Ölən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğu araşdırmalar aparır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin